EN

“Havertsin yoxluğu hər zaman hiss olunur”

“Arsenal”ın müdafiəçisi Yurriyen Timber komanda yoldaşı Kay Havertsin komandadakı rolundan danışıb.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Kay bizim üçün həm meydanda, həm də meydandan kənarda çox önəmlidir. Hamı onun nə qədər yüksək keyfiyyətlərə sahib olduğunu görür. O, çox pozitiv və ünsiyyətcil insandır, heç də sakit biri deyil. Onun yoxluğu həmişə hiss olunur. Buna görə də yenidən bizimlə olması sevindiricidir. Ümid edirəm ki, qarşıda onu daha çox parlaq anlar gözləyir”.

Zədə səbəbindən mövsümün ilk yarısının böyük hissəsini buraxan alman hücumçu son oyunlarda yüksək forması ilə diqqət çəkir. Haverts son üç matçda iki dəfə fərqlənib və bir məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Qeyd edək ki, Premyer Liqanın növbəti turunda “Arsenal” öz azarkeşləri önündə “Sanderlend”lə üz-üzə gələcək.

Chosen
9
90deqiqe.az

1Sources