“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda İngiltərə klubundan ayrıla bilər.
Offsideplus.az BBC-yə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis yekun qərarını mövsümün sonlarına yaxın açıqlayacaq.
İddiaya görə, o, ilkin qərarını dəyişib klubda qalsa belə, 2027-ci ilin yayında başa çatacaq hazırkı müqaviləsinin müddətini uzatmayacaq.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə başçılıq edir. Onun rəhbərliyi altında komanda Premyer Liqanın, Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.