EN

Azərbaycanlı yazardan Türkiyəli sənət adamına xüsusi hədiyyə - FOTO

Azərbaycanlı yazar, Prezident təqaüdçüsü Etibar Həsənzadənin müəllifi olduğu Zəfərlərə Doğru kitabı Türkiyədə tanınmış akademisyen, sənət adamı Ahmet Çalışır bəyə hədiyyə edilib.

QHT.az xəbər verir ki, hədiyyə mərasimi yazarın Türkiyədəki Könül Elçisi Mustafa Nazilli tərəfindən həyata keçirilib. Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat paylaşıb.

Məlumatda qeyd olunub ki, kitab Azərbaycanın milli-mənəvi dəyərlərini, zəfər ruhunu və tarixi yaddaşını əks etdirən mühüm bir əsərdir və bu mənada Akademisyen Ahmet Çalışır kimi mədəniyyət və sənət sahəsində böyük xidmətləri olan bir şəxsə təqdim olunması xüsusi rəmzi məna daşıyır.

Qeyd edək ki, Ahmet Çalışır uzun illər Türkiyənin mədəniyyət və incəsənət həyatında fəal iştirak edib, Kültür, Sanat ve Sosyal İşler Dairesi Başkanı vəzifəsində çalışıb, İmam-Hatip lisələri arasında keçirilən Qur’anı-Kərim oxuma yarışmalarında birinciliklər qazanıb. O, 1996-cı ildə Konyada “İlin mədəniyyət və sənət adamı” adına layiq görülüb, Necmettin Erbakan Universitetində Tasavvuf Musiqisi sahəsində fəxri doktor adını alıb. Klassik Türk Musiqisinin tanınmış bəstəkarı, səs sənətçisi, hafiz, Tasavvuf Musiqisi topluluğunun rəhbəri və yazardır. Çalışır 50-dən çox ölkədə konsert proqramları ilə çıxış edib, çoxsaylı simpozium və seminarlarda iştirak edib.

Etibar Həsənzadə paylaşımında Akademisyen Ahmet Çalışır bəyə və onu Türkiyədə layiqincə təmsil edən Mustafa Nazilli bəyə təşəkkür edərək belə bildirib:
“‘Zəfərlərə Doğru’ kitabım Türkiyədəki Könül Elçim Mustafa Nazilli bəy tərəfindən Akademisyen Ahmet Çalışır bəyə hədiyyə edilmişdir. Akademisyen Ahmet Çalışır bəyə və məni layiqincə təmsil etdiyinə görə Mustafa Nazilli bəyə təşəkkürümü bildirirəm. Allah ömür versin, Allah sizlərdən razı olsun.”

Bu mənalı hədiyyə Azərbaycan–Türkiyə mədəni əlaqələrinin və ortaq mənəvi dəyərlərin daha da möhkəmlənməsinə töhfə kimi qiymətləndirilir.

Chosen
176
qht.az

1Sources