EN

Mikayıl Müşfiqin xatirə muzeyi təmir olunacaq: “Tövsiyyələrimizi verəcəyik” - FOTO+ÖZƏL

Şair Mikayıl Müşfiqin Xızının Sayadlar kəndindəki xatirə muzeyi təmir olunacaq.
 
Bu haqda özəl məlumatı Moderator.az-a açıqlamasında Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunis Dağlının qızı Reyhanə İsmayılzadə deyib:
“Bu xəbəri aidiyyatı qurumlar bir neçə gün əvvəl bizə dedilər. Hətta ailə üzvlərini bərpa etməklə bağlı siyahıya da salıblar. Biz də dəvət olunacağıq. Fikirlərimizi söyləyib, tövsiyyələrimizi verəcəyik. Nəyi necə etmək lazımdırsa hamısını deyəcəyik. Görək nə olur, inşallah?! Ümidvaram ki, yaxşı olacaq. Mart ayından təmir başlamalıdır. Hələ ki, gözləyirik”.
 
O daha sonra əlavə edib: 
 
“Bu muzeyi o vaxt Müşfiqsevərlər tikiblər. Şairin büstünü də ora qoyublar. Biz istəyirik ki, Müşfiqin ev muzeyi onun Bakıda yaşadığı məhəllədə də tikilsin. O küçə isə hazırda plana düşüb. Həmin küçə də mənim atamın adına idi. Bu müraciəti də aidiyyatı orqanlara ünvanlamışıq”, - deyə Reyhanə İsmayılzadə bildirib.
Chosen
17
moderator.az

1Sources