EN

Bakıda hasar aşdı, 1 nəfər öldü

Bakıda güclü küləyin daş hasarı aşırması nəticəsində bir nəfər ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə fevralın 4-də saat 15 radələrində Xətai rayonunda baş verib.

Güclü külək nəticəsində Zeytun küçəsindəki hasar Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Rüfət Qasımovun üzərinə aşıb və R. Qasımov ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Chosen
31
6
yenisabah.az

7Sources