Niderland kubokunda 1/4 final oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozancan Kökçünün çıxış etdiyi “Volendam” bu mərhələdə “Neymegen”lə qarşılaşıb.
Matç Kökçün komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ozancan meydan start heyətində çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
Niderlnad kubokunda 1/4 final bir oyundan ibarətdir. Buna görə də “Volendam” kubokla vidalaşıb.