
İndoneziyanın Sulavesi adasında kəşf edilən torlu piton (malayopython reticulatus) rəsmi olaraq dünyanın ən uzun ilanı kimi tanınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ginnesin Rekordlar Kitabı”nın veb saytı məlumat yayıb.
Məlumata görə, “Baronessa” ləqəbli ilan keçən ilin axırlarında Maros qraflığında tapılıb.
İlanın başından quyruğuna qədər uzunluğu 7,22 metr, çəkisi isə 96,5 kiloqramdır.
Mütəxəssislər qeyd ediblər ki, anesteziya altında ilan 10% daha uzun - təxminən 7,9 metr ola bilər. Lakin mütəxəssislər sürünənin sağlamlığını riskə atmamaq üçün bu prosedurdan imtina ediblər.
“Baronessa” hazırda Maros qraflığında fərdi ilan sığınacağı quran yerli təbiət mühafizəçisinin himayəsindədir.