EN

Direktorun otağında baş verən yanğınla bağlı araşdırma aparılır

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dünən Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.

Trend-in sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb:

"Şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb. İlkin ehtimallara görə yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır", məlumatda qeyd olunub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
6
news.milli.az

8Sources