Niderland kubokunun 1/4 final mərhələsində Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” mübarizəni dayandırıb.
İdmanxeber.az xəbər verir ki, “Volendam” səfərdə “Neymegen”ə 0:1 hesabı ilə uduzub.
Start heyətində meydana çıxan Ozan Can Kökçü 81-ci dəqiqədə əvəzlənib.
Bu nəticə ilə “Volendam” kubokla vidalaşıb.