EN

Elm və təhsil naziri BƏƏ də bir sıra görüşlər keçirdi FOTOLAR

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammiti çərçivəsində bir sıra görüşlər keçirib. 

"Unikal" xəbər verir ki, nazirin Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşündə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər ali təhsil müəssisələri arasında birgə layihələrin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, eləcə də STEAM sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Bundan başqa, Emin Əmrullayev Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb. Görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və tədqiqat naziri vəzifəsini icra edən Abdulrahman Al Avar ilə görüş zamanı isə BƏƏ və Azərbaycan arasında ali təhsil və elm sahəsində həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər daxil olmaqla, iki ölkə arasında bu sahələrdə əməkdaşlıq üzrə ətraflı müzakirələr aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
10
unikal.az

10Sources