EN

Masallıda məktəb direktorunun otağında baş verən yanğın araşdırılır - Rəsmi

Bakı. Trend:

Dünən Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tamorta ümumtəhsil məktəbində yanğın baş verib.

Trend-insorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindənbildirilib ki, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüştədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb:

"Şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraqtəhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç birproblem yaranmayıb. İlkin ehtimallara görə yanğına səbəb elektrikxətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurumtərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır",məlumatda qeyd olunub.

Chosen
28
6
az.trend.az

8Sources