Fevralın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu təqvim planına uyğun olaraq Osakücə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
"Unikal" xəbər verir ki, ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandıran icra başçısı yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olan və ədalətli qaldırılan bütün məsələlərin həllini tapdığını, digər məsələlərin həlli üçün aidiyyəti yuxarı qurumlara rəsmi müraciətlər ünvanlandığını və bu barədə vətəndaşlara məlumat verilib.
Taleh Qaraşov Moloja kəndinin sakinlərinə sevindirici xəbəri paylaşıb, kəndə qaz xəttinin çəkilişinin tamamlandığını bildirib və artıq sakinlərin fərdi yaşayış evini qazlaşdırması ilə bağlı müvafiq texniki şərt alınmaqla sənədləşmə işlərini həyata keçirməyi tövsiyə edib.
Osakücə, Pambəyi, Tatoba, Sinovli, Moloja və Haftaruon kəndlərinin sakinləri səmimi atmosferdə keçən görüş-qəbuldan razı qalıblar. Osakücə kənd inzibati ərazi dairəsinin sakinləri ölkədəki sosial-iqtisadi inkişafı gündəlik həyatlarında hiss etdiklərinə, habelə dağ kəndi olan Moloja kəndinin qazlaşdırılması istiqamətində görülən işlərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.