Daşınmaz əmlak bazarında şəhərin ən prestijli ərazilərindən birində yerləşən 4 otaqlı mənzil satışa çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, "Sahil" metrosu yaxınlığında yerləşən mənzilin qiyməti 2 milyon manatdır.
Bakının elit yaşayış zonasındakı ev yüksək dizayn və panoramla təklif olunur: Xəzər dənizinə, bulvara və “Flame Towers”ə panoramik mənzərə. Mənzildə geniş balkon mövcuddur. Yaşayış binası premium formatlıdır. Binada müasir lift, 24 saat mühafizə xidməti, qapalı ərazi və şəxsi parkinq var.
Eyni zamanda, onun gələcəkdə 2 mərtəbəli “penthaus”a çevrilməsi imkanı mövcuddur. İkinci mərtəbənin divarları artıq hazır vəziyyətdədir.
İnteryerdə köhnə üslub elementləri müşahidə olunur. Xüsusilə qapıların taxta və köhnə tipli olduğu diqqət çəkir. Bu amil də mənzilin yüksək qiymətinin müzakirə mövzusu olmasına səbəb olur.
Satışa çıxarılan 162 kvadratmetr sahəsi olan 4 otaqlı köhnə tikili mənzil yerləşdiyi ərazidə satışa çıxarılan oxşar tipli köhnə tikililərlə müqayisədə xeyli baha qiymətə təklif olunur. Həmin ərazidə analoji mənzillərin qiyməti, adətən, daha aşağı intervalda dəyişir. Satıcı bu fərqi mənzilin panoramik mənzərəsi və premium xüsusiyyətləri ilə əlaqələndirir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız