EN

Odlu silah gəzdirmək bu halda cinayət sayılmır? – ŞƏRH

Bakı. Trend:

Odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə,saxlama, gəzdirmə əməlinin az əhəmiyyətli olduğu hallarda cinayətsayılması ehtimallarına aydınlıq gətirilib.

Trend-inməlumatına görə, bu, Konstitusiya Məhkəməsinin müvafiq qərarında özəksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, cinayət qanununda nəzərdətutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin)əlamətləri formal cəhətdən mövcud olsa da, lakin azəhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan,yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və yazərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və yahərəkətsizlik) cinayət hesab edilmir. Yəni,şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya beləzərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyətiyaratmır.

Lakin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini,döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüşsursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə 2ilədək müddətə islah işləri və ya 2 ildən 3ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya3 ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılır.

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 14.2 (azəhəmiyyətli əməllər) ilə 228.1 (qanunsuz silah və döyüş sursatıdövriyyəsi) maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dairkonstitusiya işinə baxıb.

Konstitusiya Məhkəməsinin qərarına görə, “azəhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakterdaşıdığından yuxarıdakı abzasda göstərilən tərkib əlamətlərininmövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması hər bir işinfaktiki hallarına əsasən hüquq tətbiqedən orqanlartərəfindən (istintaq, prokurorluq və məhkəmə orqanları) müəyyənedilir.

Bildirilib ki, bu zaman döyüş sursatının kəmiyyətgöstəricisi (patronun sayı) hüquq pozuntusunun ictimaitəhlükəliliyini müəyyənləşdirməyə imkan verən digərgöstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan,zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

Qeyd edilib ki, bu maddə üzrə cinayət məsuliyyətinin yaranmasıüçün döyüş sursatının konkret sayına dair qanunda hər hansı minimumhədd müəyyən edilməyib. Bunun səbəbi odur ki, döyüş sursatlarımüxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə yararlı birədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükəyaratmaq potensialı mövcuddur.

Chosen
25
4
az.trend.az

5Sources