EN

Masallıda orta məktəb binasında yanğın olub - FOTO

MASALLI, 5 fevral. TELEQRAF

Masallıda orta məktəb binasında yanğın olub.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə rayonun Xırmandallı kəndində baş verib.

Xırmandallı kənd orta məktəbinin inzibati binasında başlayan yanğın sürətlə yayılmağa başlayıb, dərhal bütün şagirdlər məktəbdən təxliyə olunub.

Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınsa da, bir neçə otaq yanğından ciddi zərər görüb.

Şahidlərin sözlərinə görə, yanğın direktorun otağından başlayıb. İlkin versiyaya əsasən, yanğına səbəb elektrik qısaqapanması olub. Məktəbdə istilik sistemi olmadığından, şagird və müəllimlər əsasən elektrik sobasından istifadə edirlər və yanğının məhz bu səbəbdən baş verdiyi güman edilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
1
teleqraf.com

2Sources