EN

Epşteynin ən yaxın adamı: Hər fotoda görünən “sirli qadın” kimdir?

Amerikalı maliyyəçi Ceffri Epşteynin demək olar ki, hər fotosunda görünən Gislaine Maksvell yeni sənədlərin açıqlanmasından sonra diqqət mərkəzindədir. Bəs ictimaiyyətə "sirli qadın" kimi tanınan Maksvell kimdir və indi haradadır?

Publika.az xəbər verir ki,Maksvellin Epşteyn şəbəkəsi haqqında daha çox məlumata sahib olduğu və müəyyən detalları gizlətdiyi iddiaları hələ də ictimaiyyət arasında müzakirə olunur.

O, 1961-ci ildə Fransada anadan olub. Britaniya vətəndaşı olan Maksvell media dünyasında tanınmış fiqur Robert Maksvellin qızıdır. Uzun illər ABŞ-da yaşamış Maksvell yüksək dairələrdə fəal fiqur kimi tanınır və yüksək səviyyəli əlaqələri ilə diqqəti cəlb edirdi.

MaksvelL Epşteynin ən yaxın adamlarından biri idi. Prokurorluğun iddialarına görə, o, yetkinlik yaşına çatmayan qızları qaçıraraq onları Epşteyn üçün "hazırlayıb". Bu proses zamanı o, Epşteyn tərəfindən yaradılan cinsi istismar və insan alveri şəbəkəsində də fəal rol oynayıb.

Chosen
22
50
publika.az

10Sources