EN

Azərbaycan Basketbol Liqasında daha bir matç baş tutacaq

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Basketbol Liqasının 16-cı turunun B qrupunda daha bir matçı baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün yeganə oyununda “Quba” “Sərhədçi” ilə qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 20:30-da start götürəcək.

Turnir cədvəlində “Sərhədçi” 20 xalla üçüncü pillədə qərarlaşıb, “Quba” isə eyni xalla dördüncü yerdədir.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Lənkəran”ı məğlub edib - 102:77.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
1
icma.az

4Sources