EN

SOCAR AQŞ növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

"SOCAR AQŞ" şirkəti növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "SOCAR AQŞ"nin Türkiyə üzrə ölkə meneceri Elvin Nəsibov Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.

Onun sözlərinə görə, "SOCAR AQŞ" Türkiyədəki biznesini artıq genişləndirib: "Şirkətin filialı olan "SOCAR AQS Sondaj" 2019-cu ildə təsis edilib. İlk layihəmiz Türkiyənin qaz şirkəti olan BOTAŞ üçün yeraltı qaz saxlama quyularını əhatə edirdi. İşin həcmi "təhvil-təslim" müqaviləsi əsasında 28 quyunun qazılmasından ibarət idi. Qazmadan əlavə, digər quyu xidmətlərini də təqdim etdik. Çətinliklərə baxmayaraq, 28 quyunun hamısını uğurla qazdıq".

O qeyd edib ki, hazırda şirkət Türkiyədə iki qurğu ilə fəaliyyət göstərir: "Biri yük maşınına quraşdırılmış HH300 hidravlik qurğusudur. Türkiyədə quruda qazma işləri üçün mobillik çox vacibdir. Biz bu qurğunu Cənub-Şərqi Anadolu hövzəsindəki "Çalık Petrol" üçün işlədirik. Artıq gündəlik tarif əsasında iki quyu qazmışıq və hazırda əlavə quyu xidmətləri də göstərməklə "təhvil-təslim" müqaviləsi çərçivəsində üçüncü quyu üzərində işləyirik".

E.Nəsibov vurğulayıb ki, ​Türkiyədəki ikinci qurğu MR8000 mexaniki qurğusudur ki, o da yük maşınına quraşdırılıb: "Bu qurğunu Cənub-Şərqi Anadolu hövzəsində "Turkish Petroleum" layihələri çərçivəsində idarə edirik. İşin həcmi növbəti iki il ərzində gündəlik tarif əsasında səkkiz quyunun qazılmasını nəzərdə tutur".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
4
baku.ws

5Sources