MOUZE Teleqram kanalının yaydığı məlumata görə, Türkiyənin İran və ABŞ arasında vasitəçilik etməsini İran qəbul etməyib. "İran Türkiyəyə "gəl və vasitəçilik et" deyə yalvardı. Türkiyə xoşməramlılıq göstərdi, qəbul etdi və masa qurdu. Hətta ABŞ belə dedi ki, "Türkiyə iştirak edərsə, bu mümkündür". Lakin İran nankorluq edərək geri döndü və görüşün Omanda keçirilməsini israr etdi. ABŞ dabunu açıq şəkildə rədd etdi" - deyə kanal yazıb. Qeyd edək ki, dünya mediası İstanbulda Türkiyınin vasitəçiliyi ilə İran-Amerika dialoqunun qurula biləcəyindən yazırdı. Son məlumatlara görə isə İran Türkiyənin vasitəçiliyindən imtina edib. "Axios" da yazır ki, İran-ABŞ danışıqlarının baş tutacağı təsdiqlənib: "Cümə günü danışıqların yenidən başlamasının əsas səbəbi ərəb liderlərinin vasitəçiliyidir". İradə SARIYEVA