ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Samux, 5 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş, 37 yaşlı Heydər Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan şəxsdən ümumi çəkisi 16 kiloqram 155 qram olan narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, Heydər Quliyev narkotikləri satmaq məqsədilə əldə edib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.