EN

Ərəb ölkələri ABŞ-dən İranla danışıqları ləğv etməməyi xahiş edib

Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı Maskatda keçiriləcək danışıqlar ərəb müttəfiqlərin ABŞ prezidenti Donald Trumpa təzyiqi sayəsində baş tutacaq. Bu barədə “Axios” məlumat yayıb. Portalın məlumatına görə, regionun ən azı doqquz ölkənin rəhbəri görüşün ləğv edilməməsi xahişi ilə Ağ Evə mesaj göndərib.

“Nümayəndələr bizdən görüş keçirməyi və İranın nə demək istədiyini dinləməyi xahiş etdilər. Biz ərəb ölkələrinə bildirdik ki, onlar israr edərsə, görüşə razıyıq. Amma biz skeptikik”, — deyə nəşrin həmsöhbəti bildirib. Digər mənbə isə Vaşinqtonun regiondakı müttəfiqlərə hörmət və diplomatik yolu seçmək istəyi səbəbilə görüşə razılaşdığını deyib.

Ölkə nümayəndələri arasında danışıqlar fevralın 6-na planlaşdırılıb. Əvvəlcə Vaşinqton danışıqların çoxtərəfli formatda İstanbulda keçirilməsində israr edirdi, lakin İran görüşün Omanda təşkil olunmasını tələb edib. Bu barədə “Financial Times” yazmışdı. Ağ Ev bu tələbi müsbət qarşılamamış və görüşü ləğv etmək istəmişdi.

Chosen
13
banker.az

1Sources