EN

Dövlət qurumu avtomobillər alır - TENDER ELANI

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" PHŞ (VÖEN – 2009203861) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti xidməti avtomobillərin satınalmasıdır. Ehtimal olunan qiymət 500 100 manat təşkil edir.

Tender 4 fevral 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 27 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 450 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Gulnar Huseynova - Şöbə müdiri
[email protected]
+994 51 849 40 86

İddiaçılar təkliflərini 27 fevral 2026-cı il tarixinə qədər AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 ünvanına təqdim edə bilərlər.

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

Kod

1

SUV tipli xidməti nəqliyyat vasitəsi

Avtomobil 2026-cı il istehsalı, yenilənmiş (facelift) model, tam yeni və istifadə olunmamış, SUV sinfinə aid, Hybrid (Benzin + Elektrik) texnologiyalı, tam ötürücülü (4WD) olmalıdır; kuzov ölçüləri uzunluq minimum 4595 mm, en minimum 1855 mm, hündürlük minimum 1695 mm, təkər bazası minimum 2690 mm, yerdən klirens minimum 194 mm olmalıdır; mühərrik 2.5 L (minimum 2487 cc), 4 silindrli (in-line), ümumi sistem gücü minimum 219 a.g., EV (elektrik rejimində hərəkət) funksiyalı, Euro 6 və ya yuxarı ekoloji normaya uyğun olmalı; transmissiya avtomatik CVT, ötürücü sistemi tam ötürücü (4WD) olmalı; maksimal sürət minimum 180 km/s, 0–100 km/s sürətlənmə maksimum 8.5 saniyə; yanacaq çəninin həcmi minimum 55 litr, qarışıq yanacaq sərfiyyatı maksimum 5.5 L / 100 km; 3 rejimli sürüş (Eco/Normal/Sport) funksiyası mövcud olmalıdır. ABS (anti-blok), VSC (stabilliyə nəzarət), HAC (yoxuşda yardım) sistemləri, adaptiv kruiz-kontrol, hərəkət zolağında qalma yardımçısı, yol nişanlarının tanınması sistemi, TSS 4 və ya ekvivalent ADAS təhlükəsizlik paketi, arxa, arxa yan və uzun məsafəli kor nöqtə monitorinqi (BSM long + SEA), park əyləci dəstək sistemi, elektron park əyləci, immobilayzer (oğurluğa qarşı sistem) ilə təchiz olunmalıdır; təhlükəsizlik baxımından sürücü və ön sərnişin hava yastıqları, yan, pərdə tipli və diz üçün hava yastıqları (minimum tam paket) mövcud olmalıdır. Tam dəri salonlu olmalı; ön və arxa oturacaqlar qızdırılan, ön oturacaqlar ventilyasiyalı, sürücü və sərnişin oturacaqları elektron tənzimlənən, sürücü oturacağı yaddaş funksiyalı, arxa oturacaq 60:40 qatlanan, 2-zonalı avtomatik klimat-kontrol, start-stop sistemi, isitmə funksiyalı multifunksional dəri sükan, antiblik salon güzgüsü, yağış sensoru, sükan üzərindən idarə olunan mərkəzi qapı kilidi, uzaqdan idarə olunan smart açarsız giriş və start sistemi, elektron şüşə qaldırıcıları, ön və arxa USB girişləri (minimum 45W), simsiz telefon şarjı, Head-Up Display, 12.3 düymlük multi-məlumat displeyi, premium audio sistemi (minimum 12 dinamikli) ilə təchiz edilməlidir. ATTITUDE BLACK MICA kuzov rəngli, 235/50 R20 ölçülü yüngül lehimli disklər, 165/90 D18 ehtiyat təkər, avtomobillə birlikdə istehsalçı və ya ekvivalent keyfiyyətli,avtomobilin texniki göstəricilərinə uyğun ölçüdə, yeni və istifadə olunmamış, 1 komplekt (4 ədəd) qış təkəri təqdim edilməlidir. avtomatik qatlanan, elektron tənzimlənən, qızdırılan, dönmə siqnallı və kamera inteqrasiyalı yan güzgülər, panoramik lyuk, LED ön faralar, avtomatik və adaptiv fara tənzimlənməsi, ön fara təmizləyicisi, LED ön və arxa duman əleyhinə faralar, dönmə siqnalı ilə inteqrasiya olunmuş LED DRL gündüz hərəkət işıqları, arxa görüntü kamerası ilə təchiz olunmalıdır. Avtomobilə minimum 3 il və ya 100.000 km zavod zəmanəti və rəsmi servis dəstəyi təqdim edilməlidir

1

ədəd

25101702

2

Pikap tipli (Double Cab) xidməti nəqliyyat vasitəsi

Avtomobil 2026-cı il istehsalı, tam yeni və istifadə olunmamış, yenilənmiş model, iki cərgəli kabinəyə malik pick-up tipli, dizel mühərrikli, tam ötürücülü (4x4 / AWD) olmalıdır; kuzov ölçüləri uzunluq minimum 5320 mm, en minimum 1885 mm, hündürlük minimum 1865 mm, təkərlər arası məsafə minimum 3085 mm, yerdən klirens minimum 310 mm olmalıdır; avtomobilin ümumi icazə verilən çəkisi minimum 2950 kq təşkil etməlidir. Mühərrik 2.8 L dizel (minimum 2755 cc), 4 silindrli, turbolu, maksimum gücü minimum 204 at gücü, Euro 5 ekoloji standartına uyğun olmalı; transmissiya mexaniki 6 pilləli (6 MT); ötürücü sistemi tam ötürücü (4WD / AWD); maksimal sürət minimum 175 km/s, 0–100 km/s sürətlənmə maksimum 11 saniyə; yanacaq çəninin həcmi minimum 80 litr, qarışıq yanacaq sərfiyyatı maksimum 8.1 L / 100 km olmalıdır. Təhlükəsizlik və sürücüyə yardım sistemləri baxımından avtomobil ABS (EBD və BA ilə birlikdə), VSC (stabilliyə nəzarət sistemi), adaptiv kruiz-kontrol, hərəkət zolağında qalma yardımçısı (LKA / LTA), təkərlərin hava təzyiqinə elektron nəzarət sistemi, park etməyə dəstək və avtomatik əyləc sistemi (PKSB), TSS 3 və ya ekvivalent sürücüyə yardım paketi, təhlükəsizlik kəməri xəbərdarlıq sistemi (ön və arxa) ilə təchiz edilməlidir; təhlükəsizlik yastıqları sürücü üçün ön, yan və diz hava yastıqları, ön sərnişin üçün yan tipli hava yastığı daxil olmaqla tam paket olmalıdır. Rahatlıq və interyer baxımından avtomobil parça salonlu, komfort tipli ön oturacaqlara malik, sürücü oturacağının şaquli və bel dəstəyi tənzimlənməsi, qızdırılan sürücü və ön sərnişin oturacaqları, arxa oturacaq 60:40 qatlanan, 5 rejimli avtomatik iqlim idarəetmə sistemi, dəri örtüklü və qızdırıcılı sükan, sükandan audio və telefon idarəetməsi, antiblik salon güzgüsü, elektron park əyləci, ağıllı açar və identifikasiya sistemi, işıqlı giriş sistemi, elektron idarəetməli ön və arxa şüşə qaldırıcılar, simsiz telefon şarj cihazı, USB girişləri, yüksək səviyyəli çoxfunksiyalı informasiya displeyi, minimum 8 dinamikli audio sistemi ilə təchiz edilməlidir. Xarici təchizat baxımından avtomobilin yük hissəsinin korroziyadan, cızılmalardan və zərbələrdən qoruyan poliuretan, plastik və ya rezin əsaslı qoruyucu Bedliner (yük yeri örtüyü), 265/65 R17 ölçülü təkər və disklər, avtomobillə birlikdə istehsalçı və ya ekvivalent keyfiyyətli, avtomobilin texniki göstəricilərinə uyğun ölçüdə, yeni və istifadə olunmamış, 1 komplekt (4 ədəd) qış təkəri təqdim edilməlidir. Elektriklə qatlanan, tənzimlənən, qızdırılan və dönmə siqnallı yan güzgülər, yağış sensoru, LED ön faralar, avtomatik fara tənzimlənməsi, ön fara təmizləyicisi, LED duman əleyhinə ön faralar, LED DRL gündüz hərəkət işıqları, LED arxa faralar, LED arxa duman işığı, qəza zamanı avtomatik aktivləşən əyləc işıqları, arxa görüntü kamerası ilə təchiz olunmalıdır. Avtomobilə minimum 3 il və ya 100.000 km zavod zəmanəti və rəsmi servis dəstəyi təmin edilməlidir.

5

ədəd

25101604

 

Chosen
21
fed.az

1Sources