EN

Dəri qaşınması təhlükəli ola bilər -Dermatoloqdan XƏBƏRDARLIQ

Dermatoloq Cennni Davalos Marin bildirib ki, dəri qaşınması adətən atopik dermatit, qoturluq  və psoriaz kimi dəri xəstəliklərində müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə həkim " Cuidate Plus" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, qaşınma bəzən dəri ilə əlaqəsi olmayan xəstəliklərin gizli əlaməti də ola bilər. Belə ki, davamlı qaşınma qaraciyər problemlərinə, o cümlədən ilkin biliar sirroza işarə edə bilər.

Bundan əlavə, qaşınma xroniki böyrək çatışmazlığı və qalxanabənzər vəzin xəstəlikləri zamanı da ortaya çıxır.

Həkim uzun müddət keçməyən və səbəbi bilinməyən qaşınma hallarında mütləq həkimə müraciət etməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Chosen
34
redaktor.az

1Sources