EN

Tramp Vens və Rubionu əsas varisləri kimi gördüyünü faktiki etiraf edib

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp faktiki olaraq vitse-prezident Ceyms Devid Vensi və dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkilərində öz əsas siyasi varisləri hesab etdiyini bildirib. Bununla belə, o, Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi hansını gördüyünü dəqiqləşdirməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp "NBC News" telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, Cey Di və Markodan ibarət kombinasiya məğlub edilməsi çox çətin olan bir tandem olar. Amma siyasətdə heç vaxt tam əmin olmaq olmur”, – deyə qeyd edib. O vurğulayıb ki, yekun qərar hələ verilməyib və respublikaçıların “çox güclü namizədlər ehtiyatı” var.

ABŞ lideri Vens və Rubiodan hansına üstünlük verdiyini açıqlamaqdan imtina edib: “Bu məsələnin detallarına girmək istəmirəm, qarşımızda hələ üç il var. Mənim iki əla işləyən adamım var və mübahisə yaratmaq istəmirəm. Cey Di fantastikdir, Marko da fantastikdir. Hər ikisi çox ağıllıdır, sadəcə onlardan biri bir qədər daha diplomatikdir. Üslublarında müəyyən fərqlər var”, – deyə Tramp bildirib.

Hazırda Trampın mümkün varisi və Respublikaçılar Partiyası tərəfindən növbəti prezident seçkilərində namizəd göstərilmək şansı ən yüksək olan siyasətçi kimi ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens göstərilir. O, 2025-ci ilin noyabrında hələlik prezidentliyə namizədlik barədə düşünmədiyini, lakin 2026-cı ilin noyabrında Konqresə aralıq seçkilərindən sonra bu məsələni Trampla müzakirə etməyə hazır olduğunu bildirib. Marko Rubio isə Vensin ən nüfuzlu potensial rəqiblərindən biri hesab olunur. Bununla yanaşı, o, daha əvvəl Vensi respublikaçıların prezidentliyə ən real namizədi saydığını açıqlamışdı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
icma.az

1Sources