EN

Meşə yanğınlarından yaranan tüstü hər il 24 min amerikalının həyatına son qoyur

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 5 fevral, AZƏRTAC

Meşə yanğınlarından yaranan tüstü 2006-2024-cü illərdə hər il 24 min ABŞ vətəndaşının həyatına son qoyub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Science Advances” jurnalında dərc edilmiş elmi məqalədə deyilir.

Məqalə müəlliflərinin fikrincə, meşə yanğınları ciddi ictimai səhiyyə problemi yaradır. Son dövrlərdə müşahidə edilən iqlim dəyişiklikləri isə bu yanğınların intensivliyini artırır. Bununla belə, tüstünün insan sağlanmlığına uzunmüddətli təsiri hələ tam öyrənilməyib.

Tədqiqatçılar problemin həllinin bir yolu kimi yaşıl enerjiyə keçidin sürətlənməsini tövsiyə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
2
azertag.az

3Sources