EN

Yaponiyada güclü qar yağışı nəticəsində ölənlərin sayı 38 nəfərə çatdı

Bakı. Trend:

Yanvarın 20-dən etibarən Yaponiyanın şimal bölgələrinə və Yapondənizi sahillərinə yağan güclü qar nəticəsində ölənlərin sayı 38nəfərə yüksəlib.

Trend xəbər verirki, bu barədə Yaponiya Yanğından Mühafizə və Xilasetmə Agentliyininaçıqladığı statistika məlumatlarında bildirilir.

Məlumata görə, ölənlər arasında qar təmizləyərkən damdanyıxılanlar, eləcə də yol və cığırları təmizləyən zaman səhhətipisləşən şəxslər olub. Ən çox ölüm halı Niiqata prefekturasında (14nəfər) qeydə alınıb. Akita prefekturasında 7, Yamaqatada isə 5nəfər həyatını itirib. Hokkaydo və Aomori prefekturalarında daha 8nəfərin öldüyü bildirilir. Naqano, Şimane, İvate və Kiotoprefekturalarında da ölüm halları qeydə alınıb.

Bundan əlavə, güclü qar yağışı nəticəsində 413 nəfər xəsarətalıb, onlardan 142-nin vəziyyətinin ağır olduğu bildirilir.

Son həftələrdə Yaponiyanın bir sıra prefekturalarında müşahidəolunan intensiv qar yağışı əsasən Niiqata, Hokkaydo, Akita vəYamaqata əyalətlərinə ciddi təsir göstərib. Əhaliyə yardımməqsədilə bölgələrə hərbi bölmələr cəlb olunub.

Chosen
37
az.trend.az

1Sources