Bakı. Trend:
İsrailin Kiryat Yam şəhərində avtomobilin partlaması nəticəsindəən azı bir nəfər ölüb, iki nəfər yaralanıb.
Trend xəbər verirki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bildirilir ki, partlayış 4 fevral axşamı baş verib. Hadisəyerinə gələn təcili yardım işçiləri tüstü çıxan avtomobil vəyanında uzanmış üç nəfəri aşkar ediblər.
Hadisə nəticəsində bir kişi və bir yeniyetmə ağır xəsarətlərləxəstəxanaya yerləşdirilib. Digər zərərçəkən daha sonra xəstəxanadaölüb.
Partlayışın səbəbi hələ məlum deyil.