4 fevralda Günəşdə 15 partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, 14 M sinifli və bir X sinifli partlayış qeydə alınıb.
Son partlayış Bakı vaxtı ilə saat 19:34-də baş verib və 25 dəqiqə davam edib.
Alimlər "X" sinifli Günəş partlayışından sonra qütb parıltılarının görünəcəyini proqnozlaşdırıblar.