EN

"JPost": İsraildə avtomobilin partlaması nəticəsində bir nəfər ölüb

İsrailin Kiryat Yam şəhərində avtomobilin partlaması nəticəsində azı bir nəfər ölüb, daha iki nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti Rambam Tibb Mərkəzinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış fevralın 4-ü axşam saatlarında baş verib

Xəstəxanadan qəzetə bildirilib ki, hadisə nəticəsində 30 yaşlı kişi və təxminən 13 yaşlı yeniyetmə xəsarət alıb. Onlar çoxsaylı travmalarla ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. "The Jerusalem Post" qeyd edib ki, daha bir yaralı sonradan tibb müəssisəsində dünyasını dəyişib.

"12-ci kanal"ın sitat gətirdiyi şahidlərin sözlərinə görə, hadisə kriminal xarakterli ola bilər. "KAN" radiostansiyası isə xəbər verib ki, İsrail polisi avtomobilin yanına yerləşdirilmiş bombanın vaxtından əvvəl partlaması ehtimalını nəzərdən keçirir.

Chosen
43
far.az

1Sources