EN

Livan İsraili Cənubi Livanda zəhərli kimyəvi maddələrdən istifadə etməkdə ittiham edir

BAKI, 5 fevral. TELEQRAF

Livanın kənd təsərrüfatı naziri Nizar Hani İsrail aviasiyasının Cənubi Livan ərazisi üzərində geniş miqyasda zəhərli kimyəvi maddələr səpdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Asharq Al Awsat" qəzetinə danışıb.

O, İsrail aviasiyasının Cənubi Livan üzərində toksik maddələr səpdiyini açıqlayıb. Onun sözlərinə görə, bu addımlar bitki örtüyünün məhvinə və insanların sağlamlığına ciddi zərər vurur.

Nazir qeyd edib ki, təhlükəli kimyəvi maddələrin intensiv istifadəsi torpağı yaxın perspektivdə əkin üçün yararsız hala salmağı hədəfləyir və bununla da sakinlərin cənub bölgələrinə qayıtmasına mane olur.

Hani bildirib ki, laborator müayinələrin nəticələrinə əsasən, səpilən maddə qeyri-selektiv herbisid olan qlifosat tipinə aiddir. Onun sözlərinə görə, bu maddənin kanserogen təsiri bitki mühiti üçün son dərəcə təhlükəlidir və insan sağlamlığına mənfi təsir göstərir.

Chosen
43
teleqraf.com

1Sources