EN

Günəşdə 15 güclü partlayış qeydə alınıb – onlardan biri ən yüksək X sinifində

BAKI, 5 fevral. TELEQRAF

Günəşdə bir gün ərzində 15 güclü partlayış qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu (İPG) TASS-a məlumat verib.

Bildirilib ki, qeydə alınan partlayışlardan 14-ü M sinfinə aiddir və onların hamısı Günəşin 4366 nömrəli aktiv sahəsində baş verib.

İnstitutun məlumatına görə, fevralın 4-də saat 18:34-də 4366 ləkələr qrupunda (N15E02) rentgen diapazonunda 25 dəqiqə davam edən M1.8 gücündə partlayış qeydə alınıb.

Bundan əlavə, gün ərzində ən yüksək – X sinfinə aid olan X4.2 gücündə partlayış da müşahidə olunub.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür. A0.0 minimal səviyyə hesab olunur və Yer orbitində kvadrat metrə 10 nanovat gücə uyğundur. Hər növbəti sinifdə şüalanmanın gücü 10 dəfə artır. Günəş partlayışları adətən Günəş plazmasının kosmosa atılması ilə müşayiət olunur. Bu plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Chosen
66
41
teleqraf.com

10Sources