EN

Duzlu qidaların beyin üçün Mənfi təsirləri

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Alimlər uzun müddət duzlu qidaların istehlakının beyin funksiyasına mənfi təsir göstərə biləcəyini aşkar ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Farmakologiya Jurnalında (EJP) dərc olunmuş bir araşdırmada qeyd edilib.

Bildirilib ki, təcrübə zamanı heyvanlara altı ay ərzində yüksək duzlu pəhriz verilib.

“Davranış testləri yaddaş pozğunluğunu, öyrənmə qabiliyyətinin azalmasını aşkar edib. Tədqiqatçılar həmçinin yaddaş və emosiya üçün vacib olan beyin bölgəsi olan hipokampusda neyron zədələnməsi və iltihab əlamətlərini qeydə alıblar.

Tədqiqat bu dəyişikliklərin əsas mexanizminin bağırsaq mikrobiotasının tərkibindəki dəyişikliklər olduğunu ortaya qoyub. Yüksək duzlu pəhriz bağırsaqdakı bakteriyaların balansını dəyişdirib. Bu dəyişikliklər beyində gen funksiyasının pozulması, neyroiltihabın artması və sinir hüceyrələrinin ölməsinə gətirib çıxarıb”, - deyə bildirilib.

Müəlliflər qeyd ediblər ki, nəticələr xroniki olaraq həddindən artıq duz qəbulunun potensial təhlükələrini vurğulayır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
qafqazinfo.az

1Sources