Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Donbası ələ keçirmək üçün Rusiyanın ən azı iki il və 800.000 ölü əsgərə ehtiyacı var, amma onlar bu qədər dözməyəcəklər”.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “France 2”yə müsahibəsi zamanı deyib.
Zelenski müharibədə Ukraynanın itkilərinin 55.000 nəfər olduğunu açıqlayıb. O bildirib ki, Ukraynanın itkin düşmüş hesab etdiyi çox sayda insan var.
Zelenski əlavə edib ki, Putin Avropadan yox, yalnız Trampdan qorxur ki, bu da Ukraynaya tammiqyaslı müharibə zamanı müsbət təsir edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.