BAKI, 5 fevral. TELEQRAF
“Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardi klubun tarixinə keçib.
Teleqraf-ın məlumatına görə, 33 yaşlı hücumçu buna Türkiyə Kubokunda “İstanbulspor”u 3:1 hesabı ilə məğlub etdikləri matçın 5-ci dəqiqəsində fərqlənərək nail olub.
Bununla da İkardi “sarı-qırmızılar”ın heyətində vurduğu 73-cü qolla klub tarixinin ən ən çox qol vuran legioner futbolçu olub.
Qeyd edək ki, cari mövsümdə Mauro İkardi bütün turnirlər üzrə keçirdiyi 30 matçda 11 qol vurub.