Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür. Bu günün əsas mesajı budur ki, bu xəstəliklə bağlı vaxtında atılan addımlar, düzgün məlumatlanma və cəmiyyətin birgə səyləri minlərlə, hətta milyonlarla həyatın xilas olunmasına səbəb ola bilər.İnsanların xərçənglə bağlı ən çox yol verdiyi səhv nədir?Gənc yaşlarda, xüsusilə də uşaqlar arasında xərçəng hallarının artması ilə bağlı nə deyə bilərsiniz?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan fitoterapevt Fuad Mahmudov bildirib ki, xüsusilə orta və yuxarı yaş qrupları həddindən artıq yeməkdən uzaq durmalıdır: “Gənclərin birinci növbədə ən çox yol verdiyi səhvlərdən biri elektron cihazlardan, xüsusilə smartfon və mobil telefonlardan həddindən artıq istifadədir. Bu cihazlar güclü şüalanma mənbəyidir. Buna görə də xüsusilə uşaqlar və yeniyetmələr üçün telefondan istifadə vaxtının məhdudlaşdırılması vacibdir. Məhz bu səbəbdən bir sıra ölkələrdə məktəblərdə mobil telefonlardan istifadəyə məhdudiyyətlər və ya qadağalar tətbiq olunub.
İkinci və bəlkə də ən mühüm amil stressdir. Bu problem təkcə uşaqlara deyil, bütün insanlara aiddir. Stress yalnız onkoloji xəstəliklərin deyil, eyni zamanda ürək-damar və bir çox digər ciddi xəstəliklərin yaranmasında mühüm rol oynayır. Xüsusilə böyük şəhərlərdə yaşam tərzi stress səviyyəsini əhəmiyyətli dərəcədə artırır.
Şəhər mühitində insan daim informasiya axınına, səs-küyə, nəqliyyat sıxlığına və ekoloji çirklənməyə məruz qalır. Avtomobillərin buraxdığı zəhərli qazlar, qidaların təmiz olmaması, havanın və suyun çirklənməsi bütövlükdə orqanizmə mənfi təsir göstərərək müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır.
Sağlam qalmaq üçün təmiz havada olmaq, fiziki aktivliyi artırmaq və gündəlik rejimi düzgün qurmaq vacibdir. Gün ərzində aktiv və istirahət dövrləri balanslaşdırılmalı, orqanizmə dincəlmək üçün vaxt verilməlidir. Qidalanmada isə xüsusilə orta və yuxarı yaş qruplarında normaya riayət etmək, həddindən artıq yeməkdən uzaq durmaq lazımdır.
İnsan nə qədər az və ölçülü qidalanarsa, bir o qədər sağlam olar və ömrünün uzanması ehtimalı artar. Təəssüf ki, cəmiyyətimizdə “aclıq olsun, kef olsun” və ya “beş günlük dünyadır, nə gəldi ye” kimi yanlış fikirlər geniş yayılıb. Halbuki birincisi aclıqda kef çətin ola bilər. İnsan nə qədər qarınqulu olarsa, gözü yeməkdən doymazsa, sağlamlıq problemləri ilə üzləşmə riski də bir o qədər artır.
Bu mövzu ilə bağlı maraqlı nümunələrdən biri Pakistan və Hindistan sərhədində yaşayan Xunza (Hunza) xalqıdır. Bu icmanın nümayəndələrinin orta ömür uzunluğunun 140-150-160 il yaşayırlar. Onların yaşadığı ərazi yüksək dağlıq zonada yerləşir və ilin böyük hissəsi soyuq iqlim şəraiti ilə xarakterizə olunur. Xunzalar yay aylarında qış tədarükü görür, əsasən ərikdən hazırlanmış müxtəlif bitki mənşəli qidalarla qidalanırlar. Əriki qurudaraq uzun müddət istifadə edir, qış aylarında da əsasən bitki mənşəli qidalar qəbul edirlər.
Mən demirəm ki, ət zərərlidir. Əksinə, ət qida rasionunun bir hissəsi olmalıdır. Lakin hər gün və həddindən artıq miqdarda ət məhsullarının qəbulu sağlamlıq üçün faydalı deyil. Elmi tədqiqatlar göstərir ki, ərik və ümumilikdə bitki mənşəli qidalar ürək-damar sağlamlığını qorumaqda və ömrün uzadılmasında mühüm rol oynaya bilər. Buna görə də qidalanmada bitki mənşəli məhsullara üstünlük verilməsi tövsiyə olunur.
Eyni zamanda yalnız vegetarian qidalanma da hər kəs üçün uyğun hesab edilmir. İnsan orqanizmi bütün əsas qida maddələrini balanslı şəkildə almalıdır. Məsələn, xolesterinlə bağlı cəmiyyətdə “tamamilə zərərlidir” kimi bir fikir mövcuddur. Halbuki bu da düzgün yanaşma deyil. Beyin hüceyrələrinin fəaliyyəti xolesterinlə bağlıdır- xolesterin hesabına yaşayırlar. onun həm normadan az, həm də normadan çox olması sağlamlıq üçün zərərlidir. Bu mənada Aristotel söyləyib: “qızıl orta”. İnsan nə ifrata varmalı, nə də çox azlığa. Burda tarazlıq olmalıdır”,- deyə Fuad Mahmudov vurğulayıb.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.