“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo klubla məşqlərə qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
Daha əvvəl portuqaliyalı futbolçu “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Premyer Liqasında oyununu buraxmışdı. 20-ci turda aparıcı oyunçusu olmayan klub “Ər-Riyad”ı 1:0 hesabı ilə məğlub etmişdi.
Ronaldonun transfer siyasətindən narazılığı səbəbindən 20-ci tur matçını boykot etmək qərarına gəldiyi bildirilir. O, “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarına sahib olan Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun ədalətli rəqabətə mane olduğuna inanır.