EN

İran-ABŞ danışıqları başa çatıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi İran və ABŞ arasında danışıqların planlaşdırılmasının başa çatdığını açıqlayıb.

Tərəflər hazırda məsləhətləşmələrin keçiriləcəyi yer barədə danışıqlar aparırlar. “Danışıqların planlaşdırılması başa çatıb və hazırda məkanın dəqiqləşdirilməsi üçün məsləhətləşmələr aparılır və bu, tezliklə açıqlanacaq.”, – Esmail Baqayi bildirib. Onun sözlərinə görə, görüşün yeri daha sonra açıqlanacaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Türkiyə və Oman danışıqlara ev sahibliyi edə bilər.

Xatırladaq ki, ötən həftənin sonlarında ABŞ və İran ölkələr arasında artan gərginlik fonunda eyni vaxtda danışıqlara keçid tələb etmişdilər.

//Samir Qurbanov, Editor.az

Chosen
31
editor.az

1Sources