EN

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs ömürlük həbs cəzasına məhkum edildi


Florida ştatının Cənub Dairəsi Federal Məhkəməsi, 2024-cü il prezidentlik kampaniyası zamanı Donald Trampa sui-qəsd cəhdində təqsirli bilinən Rayan Uesli Rutu ömürlük həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, “Fox News” bu barədə məlumat yayıb.
"Rayan Rut ömürlük həbs cəzasına məhkum edilib”, - kanalın veb saytında bildirilib və məhkəmənin onun ömürlük həbs cəzasına əlavə yeddi il əlavə etdiyi qeyd edib.
Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında məhkəmə Rutu prezidentliyə namizədə sui-qəsd cəhdi, federal məmura hücum və qanunsuz silah və sursat saxlama da daxil olmaqla beş maddə üzrə günahkar bilib. Rut özünü günahkar hesab etməyib.
Chosen
36
yeniavaz.com

1Sources