İtaliya "Napoli"sinin kapitanı Covanni Di Lorentso sıradan çıxıb.
QOL.az xəbər verir ki, təcrübəli müdafiəçi ağır zədələnib və əməliyyat olunacaq.
Xatırladaq ki, futbolçu A Seriyasının 23-cü turunda "Fiorentina" ilə matçın (2:1) 30-cu dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.
Qeyd edək ki, Di Lorentso cari mövsümdə İtaliya çempionatında komandasının bütün oyunlarında iştirak edib. O, bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.