“Çelsi” Argentina millisinin və dünya çempionu Xulyan Alvaresin transferi üçün ciddi addımlar atır.

Offsideplus.az xəbər verir ki, London klubu artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb və danışıqlar müsbət məcrada başlayıb. 

Rəhbərlik Alvaresi yay transfer pəncərəsinin əvvəlində heyətinə qatmaq üçün ilkin razılaşma əldə etməyə ümid edir.

Şəxsi müqavilə şərtlərinin problem yaratmayacağı bildirilir və 24 yaşlı hücumçu da Premyer Liqaya keçidə müsbət yanaşır.

Alvareslə maraqlanan klublar sırasında “Arsenal” da yer alsa da, hazırda transfer yarışında üstün tərəf məhz “Çelsi” hesab olunur.