EN

ABŞ-də kommersiya neft ehtiyatları bir həftədə 3,5 milyon barel azalıb

Bakı. Trend:

ABŞ-də kommersiya neft ehtiyatları son bir həftə ərzində 3,5milyon barel azalaraq 30 yanvar 2026-cı il tarixinə 420,3 milyonbarel təşkil edib.

Trend xəbər verirki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, mövcud ehtiyat səviyyəsi ilin budövrü üçün beş illik orta göstəricidən 2 faiz aşağıdır.

Bakı vaxtı ilə saat 20:00-a olan məlumata əsasən, Londonun ICEbirjasında 2026-cı ilin aprel ayı üçün Brent markalı xam neftinfyuçerslərinin qiyməti 0,4 faiz artaraq bir barel üçün 67,6 dollarayüksəlib. Eyni zamanda, mart ayı üçün WTI xam neftin fyuçersləri0,24 faiz bahalaşaraq bir barel üçün 63,36 dollar təşkil edib.

Chosen
6
az.trend.az

1Sources