EN

ABŞ-İran masası dağıldı

ABŞ və İran arasında Türkiyədə keçirilməsi planlaşdırılan nüvə danışıqları ləğv edilib. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Xəbərdə deyilir ki, görüşün ləğv edilməsinin səbəbi İranın qeyri-nüvə məsələlərini müzakirə etməkdən imtina etməsidir. Məlumata görə, tərəflər arasında danışıqların yeri və müzakirə olunacaq məsələlərlə bağlı fikir ayrılığı var. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranla görüşməyə razılıq verib, lakin danışıqlar Tehranın raket və nüvə proqramlarını, eləcə də regional milislərə dəstəyini əhatə etməlidir.

İranın isə qeyri-nüvə məsələlərini müzakirə etmək istəmədiyi irəli sürülüb. İran tərəfi görüşün Türkiyədə deyil, Omanda keçirilməsini tələb edib.

Chosen
27
metbuat.az

1Sources