“Beşiktaş” heyətini O Hön Qü ilə gücləndirir
İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin “Beşiktaş” klubu Belçikanın “Genk” komandasında çıxış edən 25 yaşlı Cənubi Koreya millisinin üzvü O Hön Qü ilə danışıqlar aparır.
Tərəflərin tezliklə razılığa gələcəyi və hücumçunun İstanbula gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
O Hön Qü 2024-cü ildən “Genk”da çıxış edir.