EN

Azərbaycandan Ermənistana növbəti qatar yola salınıbVİDEO

Ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Azərbaycan üzərindən Ermənistana yola salındı.

Xezerxeber.az xəbər verir ki, bu gün Rusiya taxılını Ermənistana daşıyan daha bir qatar Azərbaycandan yola düşüb. Bu dəfə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Xırdalan dəmiryolu stansiyasından Ermənistana göndərilib.

2025-ci ilin oktyabrında sülh gündəliyi çərçivəsində Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldıqdan sonra indiyədək bu istiqamətdə birbaşa və tranzit dəmir yolu daşımaları həyata keçirilir. indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə bugünkü 560 ton da daxil olmaqla, ümumilikdə 20 min 660 ton taxıl göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
54
38
xezerxeber.az

10Sources