Gözlənildiyi kimi, Ademola Lukman İtaliyanı tərk edib.
"Football-plus.az" xəbər verir ki, “Atletiko” hücum xəttini bu futbolçuyla gücləndirib. İspaniya klubu “Atalanta”dan nigeriyalı hücumçunu transfer edib.
Məlumata görə, bu keçid Madrid təmsilçisinə 35 milyon avroya başa gəlib. Berqamo klubu əlavə olaraq bonuslar şəklində daha 5 milyon avro qazana bilər.
28 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Lukman cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.