EN

Məlahətli Ana Uşaqlara Yardım İctimai Birliyi bir aylıq fəaliyyət hesabatını açıqlayıb - FOTOLAR

31 dekabr tarixindən 31 yanvar tarixinədək “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyi tərəfindən genişmiqyaslı sosial-humanitar fəaliyyətlər həyata keçirilmişdir. Birliyin sədri Natiq Əhmədovun rəhbərliyi ilə bir ay ərzində 100-dən çox ailə ilə birbaşa görüşlər keçirilmiş, onların sosial, maddi və mənəvi problemləri yerində öyrənilmişdir.

QHT.az xəbər verir ki, hesabat dövründə əsas diqqət şəhid ailələri, qazilər, müharibə əlilləri və aztəminatlı ailələrə yönəldilmişdir. Görüşlər zamanı ailələrin bir qisminə bayram sovqatları, digər qisminə isə maddi yardım, mənəvi dəstək və sosial yönümlü köməkliklər göstərilmişdir.

Fəaliyyətlər aşağıdakı şəhər və rayonları əhatə etmişdir:

Mingəçevir, Yevlax, Göyçay, Ağsu, İsmayıllı, Sabirabad, Tərtər, eləcə də Bakı şəhərinin Suraxanı, Nizami, Yasamal, Sabunçu, Xətai, Qaradağ, Səbail rayonları və Abşeron rayonu, həmçinin Sumqayıt şəhəri.

Xüsusilə qeyd edilməlidir ki, İsmayıllı rayonunda 15 aztəminatlı ailə ilə görüş keçirilmiş, həmçinin 44 günlük Vətən müharibəsində şəhid olmuş 30-dan artıq şəhid ailəsinin evlərində olunmuşdur. Bu ailələrin bir çoxunun üzləşdiyi problemlər yerində araşdırılmış, imkan daxilində maddi yardımlar edilmiş və real sosial məsələlərin həllinə dəstək göstərilmişdir.

Eyni zamanda Sabirabad və Tərtər rayonlarında imkansız ailələrə dəstək göstərilmiş, onların gündəlik ehtiyaclarının qarşılanması istiqamətində yardımlar həyata keçirilmişdir.

“Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyinin sədri Natiq Əhmədov bildirib ki, bu fəaliyyətlərin əsas məqsədi yalnız maddi dəstək deyil, eyni zamanda şəhid ailələri və həssas qrupların yalnız olmadıqlarını hiss etdirmək, onların sosial rifahının yaxşılaşdırılmasına töhfə verməkdir. Birlik gələcək dövrdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirməyi planlaşdırır.

Chosen
53
qht.az

1Sources