EN

Arvadını döyən kişini qızı bıçaqladı - TƏFƏRRÜATLARVİDEO

49 yaşlı kişi qətl yetirilib, şübhəli kimi 15 yaşlı qızı saxlanıb.

Xezerxeber.az xəbər verir ki, ağır cinayət bir neçə gün əvvəl paytaxtın Nizami rayonu, İsmayıl Məmmədov küçəsindəki 9 mərtəbəli binadakı mənzillərdən birində baş verib. 

Hadisədən sonra polisə məlumat verilib və bildirilib ki, Rüfət Haşımov başqa şəxs tərəfindən bıçaqlanıb. Amma, istintaq qrupu müəyyən edib ki, qətlə yetirilən kişi həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Qonşular deyirlər ki, ailədə indiyədək hər hansı insidentin şahidi olmayıblar. Belə bir hadisənin baş verməsi onları da təccübləndirib.

Meyit xəstəxanadan məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə verilib. Ekspertiza aparıldıqdan sonra meyit ailəsinə təhvil verilib. Baş prokurorluq da hadisənin mübahisə zamanı yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini təsdiq edib. Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanıb, ibtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
33
xezerxeber.az

1Sources