Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanı Pro Liqasında ardıcıl ikinci matçı buraxacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz “Əl-Nəsr” klubunun idarəçiliyində gözlənilən dəyişikliklərlə bağlı Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondundan (PIF) hələ də aydın təminatlar almayıb.
Ronaldo artıq “Əl-Riyad”la oyunda meydana çıxmayıb və həftə ərzində normal məşq etməsinə baxmayaraq, “Əl-İttihad”la qarşıdakı matçı da buraxacağı gözlənilir.
Bu vəziyyət klub daxilində və futbol ictimaiyyətində Ronaldonun gələcəyi ilə bağlı müzakirələri daha da artırıb.