EN

Azərbaycan və Ermənistan arasındakı razılaşmanın qüvvəyə minməsi ilə Qafqazın gələcəyində yeni səhifə açılacaq

Əbu-Dabi. Trend:

Davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyevqardaşımın atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortayaqoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyimixüsusilə vurğulamaq istəyirəm.

Trend-in xüsusi müxbiri xəbər verir ki, busözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Zayed İnsanQardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində nümayiş olunan videomüraciətindədeyib.

O, məqsədi, əhatə dairəsi, məzmunu və ruhu üzərində iki tərəfində razılıq əldə etdiyi razılaşmanın qüvvəyə minməsi ilə Qafqazıngələcəyində yeni bir səhifənin açılacağına inandığını bildirib.

"Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifahvə sabitliyə yönələn bütün təşəbbüsləri səmimiyyətlə dəstəkləyirik.Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsəetməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəalşəkildə çalışmağa, inşallah, davam edəcəyik.

Bu düşüncələrlə həm Azərbaycan Prezidenti İlham Əliyevi, həm dəErmənistanın Baş naziri cənab Paşinyanı bir daha təbrik edirəm", -Türkiyə Prezidenti əlavə edib.

Chosen
57
19
az.trend.az

10Sources