EN

Məhkəmədə Ermənistanla bağlı mühüm faktlarVİDEO

1993-cü ilin əvvəllərindən 1994-cü ilin sonlarınadək, habelə 2020-ci ildə 44 günlük müharibə zamanı və 2023-cü ilin yanvar ayından sentyabrın 20-dək olan müddət ərzində döyüş mövqelərində növbətçilik çəkib, silahla Azərbaycan əsgərləri istiqamətində atəşlər açdım...

Bu çıxış təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair  təqsirləndirilən 15 şəxslərdən bəzilərinin məhkəmədə etdiyi etiraflardan biridir.

Başqa bir şəxs isə 1988-ci ildə Xankəndi şəhərində ermənilər silahlı dəstələr yaradaraq müxtəlif ərazilərdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar təşkil etməyə başladığını etiraf edir.

Məhkəmədə Xocalı soyqrımı ilə bağlı səsləndirilən fikirlər isə qan dondurur. Onlardan biri bildirib ki, 1992 Cİ İ fevralın 25-dən 26-na keçən gecə saat 24 radələrində Xocalı şəhərinə daxil olublar. hər iki tərəfdən avtomat, pulemyot, qumbaratanlardan istifadə edilməklə Xocalıda qarşıya çıxan dinc əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər ayaqları yalın, qucaqlarında körpə uşaqlarla birlikdə qaçarkən əvvəlcədən şəhərin ətrafında postlar qurmuş Ermənistan silahlı qüvvələrinin digər hərbçiləri tərəfindən güllələnib.

Deyilən hər bir sözlə Ermənistan hakimiyyətinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə rol oynadığı və buna görə Ermənistan dövlətinin məsuliyyət daşıdığı da öz təsdiqini tapdı. 

Azərbaycan öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə və xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarmaqla ədalətin bərpasına nail oldu.

Beynəlxalq hüquq ekspertləri bildirirlər ki məhkəmə prosesi tam beynəlxalq formatda aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
13
xezerxeber.az

1Sources